featured-image-29790

“Qəbələ” Azərbaycan Premyer Liqasının 34-cü turunda doğma meydanda “Turan Tovuz”a 1:2 hesabı məğlub olub.

Msport.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

– Bu ssenarini təxmin edirdik. “Turan Tovuz” qapanan və öz şansından maksimum istifadə edən komandadır. İki fərqli hissə izlədik. Əfsuslar olsun ki, son dəqiqə qolu ilə məğlub olduq. Hələ heç nə bitməyib. Hər oyun finala bərabərdir.

– Limitə görə əvəzetmə edə bilmədiniz və komanda oyunu 9 nəfərlə tamamladı…

– Öncədən bunu təxmin etmək mümkün deyil. Oyuna yeni girən futbolçunun zədələnəcəyini heç kim düşünə bilməz. Futbolun ayrılmaz hisəsidir bunlar. Hərdən belə şeylər də olur. Qırmızı vərəqəni gözləmirdik. Əvəzetmə edəndə risk etmək istəmədik. Məğlub olmağımız əvəzetmə ilə bağlı deyil. Şans “Turan Tovuz”un tərəfində oldu.

– Əyyub Allaşı oyundan çıxarmağınızın səbəbi nə idi?

– İlk dəfə oyunumuzu izləyirsizsə, sizə qeyri-adi görünə bilər. Hər matçda bu cür dəyişiklik etmişik. Emil Səfərov Allaşdan zəif oyunçu deyil.

– Utsiqin əvəzlənməsi nə ilə bağlı idi? Özü də narazı görünürdü…

– Onun narazılığını başa düşürük. Heç bir futbolçu əvəzlənmək istəməz. Hiss edirdik ki, “Turan Tovuz” Marandiçi ilə müdafiəmizi yarmağa çalışır. Buna görə dəyişiklik etdik.

– Zədələnən futbolçuların durumu necədir?

– Asif Məmmədov mövsümü başa vurdu. Abu Akalın durumu müayinədən sonra bəlli olacaq.

– Sanki son vaxtlar mediaya qarşı vaxtlar aqressiv olmusuz…

– Aqressiv deyiləm, öz fikrimi bildirirəm. İlk dəfə deyil məğlub oluruq. Bilirik ki, daha məsuliyyətli olmalıyıq.(sportal)

Bənzər xəbərlər