featured-image-29794

“Səbail” – “Qarabağ” oyunundan (0:3) sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev matçı dəyərləndirib. Msport.az xəbər verir ki. o, hesabın oyuna görə olmadığını deyib:

“Maraqlı oyun izlədik. Əvvəlcə “Qarabağ”ı təbrik etmək istəyirəm və Çempionlar Liqasında uğurlar arzu edirəm. Layiqli çempion oldular. Mövsümün başa çatmasına 2 tur qalmış artıq rahat oynaya bilərlər. Yaxşı bir komandaya qarşı mübarizə apardıq. Kim qol vursaydı, o komanda qalib gələ bilərdi. Yəni bir qolluq oyun idi. Ancaq hesab oyuna görə olmadı. İki standart vəziyyətdən qol buraxdıq. 70-ci dəqiqəyə kimi komanda bacardığı qədər mübarizə apardı. Birinci hissədə 100 faizlik qol vəziyyətindən istifadə etsəydik,  tamam başqa cür ola bilərdi. “Qarabağ” tələsəcəkdi, bizsə əks-hücumlarda rəqibi tuta bilərdik. Bu artıq keçdi. Qələbəyə görə “Qarabağ”ı təbrik edirəm. Futbolçularımdan razıyam. Bu gün bacardıqları qədər mübarizə apardılar. Axırda keyfiyyət və rəqibin heyətində olan futbolçuların beynəlxalq təcrübəsi öz sözünü dedi.

Buraxılan qola qədər əvəzetmə etməmişdik. Ondan sonra dəyişikliklər başladı. Standart vəziyyət idi və burda futbolçular mövqe səhvinə yol vermədilər. Sadəcə bir anlıq diqqətsizlik ona gətirib çıxardı. Mövqe səhvlərindən qollar vurulmadı.

Bizim üçün hər oyun axrıncı görüşdür. İki oyun bizim üçün həlledici olacaq. Komanda bu gün 70 dəqiqə göstərdiyi performansı nümayiş etdirsə, düşünürəm ki. son iki oyun bizim üçün uğurlu olacaq. Komandama inanıram. Biz “Qarabağ”a məğlub olmuşuq. Paltardəyişmə otağında da futbolçulara dəstək oldum və dedim ki, “Turan Tovuz”la matça hazırlaşın. Ümid edirəm ki, ordan uğurlu nəticə ilə qayıdacağıq”. (CBC Sport)

AYXAN 

Bənzər xəbərlər