featured-image-52767

Ağcabədi şəhərində həvəskar komandalar arasında Azərbaycan Kubokunun final oyunu keçirilib.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının (AHFF) 25 illiyinə həsr olunmuş yarışın həlledici görüşündə yerli “Olimpiya” komandası “Salyan 2018” kollektivi ilə qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən “Olimpiya” kubokun qalibi olub.

Mükafatları Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Qarabağ RFF-nin prezidenti Əliş Şərifov, AHFF-nin prezidenti Rüfət Əmirov, baş katibi Füzuli Nəcəfov, Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev və futbol veteranı Asif Əliyev təqdim ediblər.

Bənzər xəbərlər