featured-image-35231

Filandiyanın HİK komandasının qapıçısı Yesse Ost Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra klubun saytına danışıb.

Msport.az xəbər verir ki, 32 yaşlı oyunçu Helsinkidəki cavab görüşündə qalib gəlib mərhələ adlaya biləcəklərini açıqlayıb: 

“Məyusuq. Qələbə bizə yaxın idi. Amma alınmadı. Buna baxmayaraq, mərhələ adlamaq üçün cavab oyununda yaxşı şansımız var. Evdə daha çox risk etməliyik. Biz topu özümüzdə çox sağlayanda qol imkanları yarada bilirdik. Ona görə də gəlin, azərbaycanlı oğlanları Tyeyeledə (Helsinkinin mərkəzi zonasının qeyri-rəsmi adı – red.) topsuz çox qaçmağa məcbur edək” – deyə qapıçı bildirib.

HİK-in digər futbolçusu Filip Roqiç deyib ki, hesabı bərabərləşdirdikdən sonra onların önə çıxmaq üçün imkanları olub: “Biz ikinci qolu vurmağa yaxın idik. Şansımızdan istifadə edə bilmədikdən sonra isə rəqib fərqlənə bildi. Ümumən matçın başlanğıcını saymasaq, oyun yaxşı keçdi. Biz növbəti mərhələyə adlamaq üçün cavab oyunda əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, HİK-lə “Qarabağ” arasında Helsinkidəki oyun avqustun 17-də keçiriləcək.

Bənzər xəbərlər