featured-image-27827

“Avropada bu yaşda bu statistikaya malik futbolçular çox azdır. Həm gənc, həm milli üzvü olan, həm də qruplarda oynayan demək olar ki, yoxdur”.

Bunu Msport.az-a açıqlamasında FIFA meneceri Erkin İbrahimov deyib.

O, “Torino”nun Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Musa Qurbanlıya maraq göstərməsi ilə bağlı xəbərlərə münasibət bildirib:

“Avropadan klub nümayəndələri və məşqçilər mənə zəng vuraraq gənc forvardla maraqlanırlar. Tamamilə təbii haldır. Hiss olunur ki, artıq İtaliyada “raskrutkası” gedir. Müxtəlif materiallar dərc olunur. İnanmıram ki, “Torino”nun idman direktoru Musanı tanımasın. Futbolçunun adı istər-istəməz “şort list”lərdə var. Müxtəlif skaut proqramları var ki, Musa “hit parad”larda yerini alıb”.

İbrahimovun sözlərinə görə, bu gün Avropanın istənilən ortabab klubu Qurbanlıdan xəbərdardır: “Düzdür, “Qarabağ” tərəfi rəsmi təklif olmadığını deyir. 100 faiz əminəm ki, qeyri-rəsmi formada zəng vurub maraqlanıblar. Qurban Qurbanov daha düzünü bilər. Keçən il mən də Musanın ölkə xaricinə yollanmasının tez olduğunu düşünürdüm. Amma deyəsən, artıq vaxtdır. Göstəriciləri də bunu deyir ki, getməyin tam zamanıdır”.

Qeyd edək ki, Musa Qurbanlının “Qarabağ”la 2026-cı ilin yayınadək müqaviləsi var.

Bənzər xəbərlər