featured-image-11313

Azərbaycan I Divizionunda 2022/23 mövsümünün ilk turu tamaşaçı sayında rekordlarla əlamətdar olub.

Msport.az xəbər verir ki, mövsümün ilk günündə baş tutan “Araz Naxçıvan” – “Qarabağ-2” qarşılaşmasında (5:1) 2700 izləyici qeydə alınıb.

Bu, son 5 mövsüm üçün yeni rekorddur. Amma bu rekord cəmi bir gün duruş gətirib. İkinci oyun günündəki “Mingəçevir” – “Neftçi-2” görüşünü (4:1) daha çox – 3200 tamaşaçı izləyib. Bununla da son 5 mövsümün rekordu bir turda iki dəfə yenilənib.

Baş tutan bu qarşılaşmalara qədər ən yüksək göstərici Tovuz şəhər stadionunda qeydə alınmışdı. 2021/22 mövsümünün son turunun bu il mayın 17-dəki “Turan Tovuz” – “Zirə-2” matçını 2300 azarkeş izləmişdi.

Cari mövsümün ilk turunun 6 oyununu ümumilikdə 6610 nəfər (orta hesabla 1102) seyr edib. Bu da son 5 mövsüm üçün yeni rekorddur. Ötən çempionatın son turunda 3500 izləyici (orta hesabla 500) olub. Amma həmin vaxt 6 deyil, 7 qarşılaşma baş tutub. Orta göstəricidə rekord təxminən ikiqat yenilənib.

Bənzər xəbərlər