featured-image-6705

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Msport.az  xəbər verir ki, Azərbaycan şahmatçısı 35 yaşlı IX turda ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura üzərində qələbə qazanıb.

Bu, 35 yaşlı qrossmeysterin turnirdə ilk qalibiyyəti olub.

Beləliklə, xalını 4-ə çatdıran Rəcəbov turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Lider 6,5 xala sahib olan Yan Nepomnyaşidir.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri
IX tur

Teymur Rəcəbov (Azərbaycan) – Hikaru Nakamura (ABŞ) 1:0
Alireza Firuzca (Fransa) – Rixard Rapport (Macarıstan) 1:0
Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (FIDE) 0,5:0,5
Dinq Liren (Çin) – Yan-Kşiştof Duda (Polşa)

Bənzər xəbərlər