İdmançılarımızın yeni reytinqi açıqlandı
Azərbaycan Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü ilin fevral ayına olan reytinq cədvəlini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Msport.az saytına verilən məlumata görə, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikincidir. 360 xal toplayan cüdoçu Zelim Kotsoyev isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Azərbaycan idmançılarının reytinq cədvəli
1. Zöhrə Ağamirova (Bədii gimnastika) – 610 xal
2. Qrup hərəkətləri komandası (Bədii gimnastika) – 540 xal
3. Zelim Kotsoyev (Cüdo) – 360 xal
4. Nikita Simonov (Kişi idman gimnastikası) – 355 xal
5. Gültac Məmmədəliyeva (Cüdo) – 310 xal
6. Hidayət Heydərov (Cüdo) – 305 xal
7. Yaşar Nəcəfov (Cüdo) – 300 xal
8. Komanda, MİX (Stend Atıcılığı) – 295 xal
9. Leyla Əliyeva (Cüdo) – 280 xal
10.Uşangi Kokauri (Cüdo) – 250 xal