featured-image-36722

“Qalatasaray”ın hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.

Msport.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.

30 yaşlı futbolçu 26 milyon avro dəyərində “Rolls Royce Boat Tail”in sahibi olub. İkardinin aldığı avtomobil cəmi üç ədəd hazırlanıb ki, onlardan biri mirvari hasilatı sahəsində var-dövlət qazanmış adı açıqlanmayan iş adamına, ikincisi isə ulduz cütlük musiqiçi Cey-Zi və Beyonsa məxsusdur.

5.8 metr uzunluğunda olan avtomobildə yemək dəsti, fırlanan kokteyl masaları, stullar və hətta özü açılan çətir var.

media-187941_qbw3n6s0dx

media-187942_sc6d8jok1w

Bənzər xəbərlər