featured-image-74659

“Qalatasaray”ın futbolçusu Mauro İkardi klub tarixinin ən yaxşı göstəricisinə imza atıb.

Msport.az xəbər verir ki, 32 yaşlı hücumçu Türkiyə kubokunun 3-cü turunda “İstanbulspor”la görüşdə (3:1) fərqlənməklə buna nail olub.

İkardi “Qalatasaray”ın heyətində vurduğu qolların sayını 73-ə çatdırıb. Beləliklə, argentinalı oyunçu “Qalatasaray”ın əfsanələrindən olan George Hacinin rekordunu qıraraq klub tarixində ən çox qol vuran legioner olub.

Rumıniyalı Haci İstanbul təmsilçisi üçün 72 dəfə fərqlənib. O, 1996-2001-ci illərdə “Qalatasaray”da oynayıb.

“Cim-Bom”dakı dördüncü mövsümünü keçirən İkardi 73 qol göstəricisinə 118 matçda çatıb.

Bənzər xəbərlər