İki komandanın xalı silinə bilər
İngiltərə Premyer Liqasının iki komandasının xalı silinə bilər.
Msport.az xəbər verir ki, bunlar “Everton” və “Nottingem Forest”di.
Adıçəkilən klublar maliyyə qaydalarını pozmaqda şübhəli bilinir. Bu səbəbdən onlar müstəqil komissiyaya sövq ediləcək. Bununla bağlı gün ərzində hər iki klub məlumatlandırılacaq.
Həm “Everton”, həm də “Nottingem Forest”in özlərini müdafiə etmək imkanları olacaq. Onlar ya cərimə olunacaq, ya da xal silinməsi cəzasına məruz qalacaqlar.
Qeyd edək ki, “Everton” bu mövsüm maliyyə qayalarını pozduğu üçün Premyer Liqada 10 xalı silinib.