featured-image-31446

“Oyundan sonra ən optimalı yarım tablet yuxu dərmanı içmək və yatmaqdır”.

Msport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev  “Sport24.ru” saytına müsahibəsində deyib.

Rusiyalı mütəxəssis bildirib ki, yalnız bundan sonra oyunu analiz etmək və növbəti matça hazırlaşmaq olar: “Gecə iki-üç saat yatsam, problemlər başlayır, başım ağrıyır. Miqren… Bundan sonra onunla məşğul olmaq çətindir”.

O, spirtli içki ilə arasının o qədər də yaxşı olmadığını söyləyib: “Bir stəkan şərab içə bilərsiniz. Ancaq sonra yuxu dərmanı qəbul edə bilməzsiniz. Alkoqolda yaxşı heç nə yoxdur: bir stəkan şərabdan sonra daha yaxşı və ya pis olmayacaqsınız. Bilmirəm necə çox içmək və sonra normal məşq kemək olar?”

Musayev ilk dəfə 13-14 yaşında alkoqol qəbul etdiyini gizlətməyib: “İçkini böyük oğlanlar vermişdilər. Dedilər ki, kişisən, cəhd elə. Bu sözdən sonra geri çəkilmək olmazdı. Evdə mənə nəzarət etmirdilər. Düşünürəm ki, asanlıqla siqaret çəkə bilərəm. Bir çox dostum bunu edirdi. Bir neçə dəfə cəhd etdim – başım ağrıdı. Tütündən və ya spirtdən necə həzz almaq olar, başa düşmürəm”.

CAHİD

Bənzər xəbərlər