featured-image-38331

“Birinci hissədə vurulan qollar yenə ölümcül oldu, onları özümüz hədiyyə etdik”.

Msport.az xəbər verir ki, bu sözləri Estoniya yığmasının futbolçusu Maksim Paskotşi AVRO-2024-ün seçmə mərhələsində evdə Azərbaycan millisinə 0:2 hesabı ilə uduzduqları oyun barədə yerli mətbuata açıqlamasında deyib.

Mərkəz müdafiəçisi dünənki matçda zəif oynadıqlarını etiraf edib: “Nə hücumda, nə də müdafiədə uğur qazana bildik. İkinci hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Çünki topla daha çox oynadıq. Start fitindən etibarən belə oynasaydıq, nəticə başqa cür olardı”.

Bənzər xəbərlər