featured-image-38333

“Rəqib ilk hissədə bizə oynamaq şansı verdi. Amma nədənsə daha uzun ötürmələrdən istifadə etdik”.

Msport.az xəbər verir ki, bu sözləri Estoniya yığmasının futbolçusu Martin Vetkal AVRO-2024-ün seçmə mərhələsində evdə Azərbaycan millisinə 0:2 hesabı ilə uduzduqları oyun barədə yerli mətbuata açıqlamasında deyib.

Yarımmüdafiəçi bildirib ki, ilk yarıda Azərbaycan yığmasının iki şansı oldu və hər ikisindən maksimum yararlandı: “İkinci hissədə isə biz daha çox hücum etdik. Qol şansları da yaxaladıq, lakin top qapıya daxil olmadı”.

Bənzər xəbərlər