featured-image-11815

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda I Divizionun 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qarabağ-2” – MOİK oyununda “Qarabağ-2” komandası oyun öncəsi protokolu vaxtında tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur;

MOİK klubunun oyunçularının geyimlərindəki qüsurlara görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunur;

“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun futbolçusu Tunar Mütəllimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;

“Turan Tovuz-2” – “Kəpəz-2” oyununda meydan sahibi komandanın təhlükəsizlik xidmətinin əməkdaşı təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur;

“Kəpəz-2” komandasının futbolçusu Zahid Mərdanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“İmişli” – “Araz Naxçıvan” oyununda “İmişli” klubunun heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla “İmişli” komandasına texniki məğlubiyyət verilir, klub 400 manat cərimələnir;

“Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

Bənzər xəbərlər