featured-image-24587

“Ölkəmizdə idman dövlət siyasətidir, dövlətin qayğısını, ölkə başçısının idmana, futbola sevgisini bilirik, hiss edirik. Futbolçular və idmançılar bilir. İdman üçün ölkəmizdə yaradılan şəraitdən xəbərimiz var. İdmanda da, futbolda da nəticələrimiz də var”.

Msport.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın Hesabat Konfransında çıxışı zamanı deyib.

 

O, konfransın uğurla təşkil olunduğunu vurğulayıb: “AFFA-nı təbrik edirəm. Bugünkü konfrans çox yaxşı təşkil olunub. AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov artıq FİFA-da çalışır. Bu da nailiyyətdir”. Nazir AFFA ilə birgə çalışmalı olduqlarını deyib: “Mən də “Qarabağ”ı qazandığı nəticələrə görə təbrik edirəm. Təbii ki, biz azarkeşlər daha yaxşı nəticə istəyirik. Amma unutmayaq ki, güclü Avropa klubları ilə oynayırıq. 

AFFA ilə bərabər çalışmalıyıq və istəyirik ki, klubların sayı daha da artsın. İnanıram ki, bu istiqamətdə işlər gedəcək, klubların sayı artacaq. Yeni stadionlar tikilib. Amma yenə də, bu istiqamətdə işlər görməyimiz lazımdır.

FİFA və UEFA-ya minnətdarlıq edirəm ki, federasiyaya dəstək olurlar, klublara kömək edirlər. Futbolun inkişafı üçün töhfə verirlər. Futbol ən populyar idman növüdür. Federasiyanın büdcəsindən bilinir”.

Bənzər xəbərlər