featured-image-84776

FİFA-nın sabiq prezidenti Yozef Blatterin qurumun hazırki rəhbəri Canni İnfantinonu kəskin tənqid edib.

Msport.az xəbər verir ki, o, İnfantinunu diktator adlandırıb. O, İnfantinonun DÇ-2026 ərəfəsində ABŞ prezidenti Donald Tramp üçün FİFA Sülh mükafatı təsis etmək qərarını tənqid edib:

“FİFA çətin günlərini yaşayır. Hazırda quruma rəhbərlik edən şəxs hər şeyə gözlərini yumub.

O, niyə belə addım atıb? İnfantino sülh mükafatını elə adama verir ki, o, az sonra İrana qarşı müharibəyə başlayır? Bu dəlilikdir. O, milli assosiyasiyalara müraciətlə deyir: “Əgər mənə səs versəniz, əvvəlkindən qat-qat çox vəsait əldə edəcəksiniz.

O, diktatordur. FİFA-dakı insanlar mənə deyirlər ki, heç kimin onunla birlikdə liftə minməsinə icazə verilmir. O, “toxunulmazdır”. Bəlkə də bir gün İnfantinonu psixatriya şöbəsinə göndərmək lazımdır”.

“

Bənzər xəbərlər