featured-image-32268

21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatı davam edir.

Msport.az xəbər verir ki, Əliyar Ağayev növbəti təyinatını alıb. FİFA referisi C qrupunda üçüncü tur çərçivəsində keçiriləcək İngiltərə – Almaniya oyununu idarə edəcək.

Ona yan xətt hakimləri kimi həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını rumıniyalı  Horati Feşniç yerinə yetirəcək.

Oyun iyunun 28-də keçiriləcək.

Bənzər xəbərlər