featured-image-74738

“Vest Hem” baş məşqçisi Nuno Espirito Santunun mövsümün sonunda göndərilməsini nəzərdən keçirir.

Msport.az xəbər verir ki, portuqaliyalı çalışdırıcının müqaviləsində komandanın Premyer Liqadan düşməsi halında, klubun onu işdən çıxarmaq hüququ mövcuddur.

“Vest Hem” bu halda Santuya sözləşmənin vaxtından əvvəl pozulması üçün hansısa maliyyə kompensasiyası ödəmək məcburiyyətində olmayacaq.

Komanda hazırda İngiltərə Premyer Liqasında 24 turun nəticəsinə əsasən 20 xal toplayaraq, turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və növbəti turda səfərdə “Bernli” ilə qarşılaşacaq.

Bənzər xəbərlər