featured-image-29423

İngiltərənin “Haddersfild” klubunun tarixi ərzində həyata keçirdiyi ən bahalı 5 transfer açıqlanıb.

Msport.az xəbər verir ki, siyahıda hazırda “Qarabağ”ın formasını geyinən Adama Diakabi də var.

Premyer Liqa təmsilçisi 2018-ci ildə Fransa “Monako”sundan aldığı 27 yaşlı hücumameylli yarımmüdafiəçi üçün 9 milyon funt sterlinq ödəyib. Fransalı vinger 2021-ci ilədək formasını geyindiyi “Haddersfild”də 48 oyuna çıxsa da, bir qol belə vura bilməyib.

Siyahıya Terens Konqolo başçılıq edir – 17,5 milyon. İkinci pillədə Aleks Pritçard (12 milyon) qərarlaşıb. Stiv Muni və İsaak Mbenza (hər ikisi 11 milyon) isə 3-4cü yerləri bölüşdürür.

Qeyd edək ki, Adama Diakhabi “Qarabağ”a bu ilin yanvarında keçib. O, hələlik Ağdam klubunda qol hesabını aça bilməyib.

CAHİD

Bənzər xəbərlər