featured-image-52532

İngiltərədə 2023/2024 mövsümünün yaxşı oyunçusu adına namizədlər bəlli olub.

Msport.az xəbər verir ki, siyahını İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərtib edib.

Bunlar Erlinq Holann, Rodri, Fil Foden (hər üçün “Mançester Siti”), Martin Edeqor “Arsenal”, Koul Palmer (“Çelsi”) və Olli Uotkinsdir (“Aston Villa”).

Qalib qurumun üzvləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və avqustun 20-də açıqlanacaq.

Qeyd edək ki, 2022/2023 mövsümündə Erlinq Holann mükafata sahib çıxıb.

Bənzər xəbərlər