featured-image-11596

“İnter”in hücumçusu Romelu Lukaku tibbi müayinədən keçib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı forvard dünənki məşqdə əzələlərində ağrılar hiss edib. Məlum olub ki, Lukakunun sol ombası əzilib. Gələn həftə o, yenidən təkrar tibbi müayinədən keçəcək.

29 yaşlı futbolçunun zədə səbəbindən İtaliya A seriyasında “Milan” (3 sentyabr) və Çempionlar Liqasında “Bayern Münhen”lə (7 sentyabr) matçları buraxacağı gözlənilir.

Bənzər xəbərlər