featured-image-74057

“İnter” rəhbərliyi qapıçı mövqeyi ilə bağlı alternativləri dəyərləndirməyə başlayıb.

Msport.az xəbər verir ki, Milan təmsilçisi Yan Zommerin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda yeni əsas qapıçı axtarışını aktivləşdirib.

“İnter” bu çərçivədə “Aston Villa”nın qapıçısı Emiliano Martinesi mümkün əvəzləyici kimi gündəminə alıb və futbolçunun tərəfi ilə ilkin təmas qurub.

Məlumata görə, transferin reallaşması Martinesin maliyyə şərtlərindən asılıdır. Argentinalı qapıçının İngiltərədə aldığı maaş “İnter”in təklif edə biləcəyi məbləğdən yüksəkdir və buna görə də futbolçunun əməkhaqqında azalmaya razılaşması tələb olunur.

Qeyd edək ki, Martinesin Transfermarkt portalında dəyəri 15 milyon avro göstərilib.

Bənzər xəbərlər