“İnter” hücumçusu ilə yeni müqavilə bağladı
“İnter” Lautaro Martineslə müqavilənin müddətini uzadıb. Msport.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Argentinalı hücumçunun yeni müqaviləsi 2029-cu ilin iyununa kimi nəzərdə tutulub. Martines 2018-ci ildən Milan klubunun heyətində çıxış edir.
Transfermarkt”ın qiymətləndirməsinə görə futbolçunun dəyəri 110 milyon avrodur.
O, bu il Argentina yığmasının heyətində Copa America-nı qazanıb.