İntizam Komitəsi Premyer Liqanın 3 klubunu cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Msport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının 33-cü turunda baş verən hadisələrə hüquqi qiymət verilib:
XXXIII turun “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” 800 manat cərimə edilib
XXXIII turun “Qarabağ” – “Qəbələ” oyunu başa çatdıqndan sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.