featured-image-30379

“Səbail”in futbolçusu Qoba Zakpa səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXXV tur oyununda qalmaqallı davranışı ilə yadda qalıb.

Portuqaliyalı hücumçu 90+3-cü dəqiqədə bərabərlik qolunu vurduqdan sonra qeyri-etik jest edib.

31 yaşlı forvardın hərəkətinə hüquqi qiymət verilib-verilməyəcəyini aydınlaşdırmaq üçün AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq. İK rəhbəri Msport.az saytına açıqlamasında suala qısa cavab verdi: “Araşdırılacaq!”

Hüseynov bu barədə ətraflı danışmasa da, Zakpaya ağır cəza veriləcəyi gözlənilir. Azarkeşlərin təhqirinə görə klubları cərimələyən İK, böyük ehtimalla, əcnəbi forvardın tərbiyəsizliyinə də biganə yanaşmayacaq.

CAHİD

Bənzər xəbərlər