featured-image-26414

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax bəyan edib ki, Rusiya və Belarusa qarşı sanksiyalar davam edəcək.

Msport.az xəbər verir ki, o, Lozannada keçirilən İcraiyyə Komitəsinin toplantısında bu ölkələrdə beynəlxalq idman yarışlarının keçirilməyəcəyini bildirib:

“BOK-un İcraiyyə Komitəsi qərar verib ki, Rusiyada və Belarusda heç bir yarış təşkil olunmasın. Bayraq, himn və bu ölkələrin dövlət simvolları heç bir turnirdə olmamalıdır. Rusiya və Belarusdan heç bir siyasətçi, dövlət xadimi beynəlxalq yarışlara buraxılmamalıdır.Bu gün qərara aldıq ki, həmin sanksiyalar davam edəcək”.

Qeyd edək ki, Bax əvvəlcə Rusiya atletlərinin beynəlxalq arenaya qaytarılması təklifini irəli sürüb. Bəzi ölkələr bunun əleyhinə çıxsalar da, BOK Olimpiya ailəsinin bütün üzvləri ilə məsləhətləşmə aparmağı qərara alıb.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər