featured-image-29802

Tiflisdə “Dinamo”nun Kuboklar Kubokunu qazanmasının ildönümü qeyd olunur. 1981-ci il mayın 13-də keçirilən final oyununda Gürcüstanı təmsil edən komanda Almaniya Demokratik Respublikasının “Karl Tseyss” klubunu 2:1 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, 11 il əvvəl keçirilən böyük tədbirə dəvət olunanlar arasında “Neftçi”nin veteran futbolçuları İsgəndər Cavadovla Maşallah Əhmədov da olub. Qonaqlar Opera və Balet Teatrında keçirilən rəsmi tədbirdən sonra ziyafətə qatılıblar. Eləcə də Tiflisin görməli yerlərinə ekskursiya təşkil olunub.

Restoranda keçirilən ziyafət zamanı Cavadovla Əhmədovun “Dinamo”nun veteran futbolçuları ilə Eyyub Yaqubovun məşhur “Самолет Баку-Москва” mahnısının sədaları altında rəqs ediblər.

 

 

Bənzər xəbərlər