featured-image-21790

Bİspaniyalı futbolçu İsko karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. Msport.az xəbər verir ki, yarımmüdafiəçi “Union Berlin” klubuna keçəcək.

“Real” və “Sivilya”nın sabiq oyunçusu tibbi müayinədən keçdikdən sonra 2024-cü ilədək müqavilə bağlayacaq.

3o yaşlı İsko 2022-ci ilin avqustunda azad agent kimi “Sevilya” ilə anlaşmışdı. Lakin həmin ilin dekabrında futbolçunun müqaviləsi pozulmuşdu. “Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli bildirmişdi ki, İsko ona bəslənən ümidləri doğrultmayıb.

18 oyundan sonra hesabında 36 xal olan “Union” turnir cədvəlində 2-ci yeri tutur. Berlin təmsilçisi lider “Bayern Münhen”dən 1 xal geri qalır.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər