İspaniya klubu Mauro İkardini istəyir
Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.
Msport.az “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, “Betis” 30 yaşlı argentinalı hücumçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 2022-ci ildən İstanbul klubunda çıxış edən argentinalı forvard ötən mövsüm komanda ilə Türkiyə çempionu olub. Onun “sarı-qırmızılar”la müqaviləsi 2026-cı ilədək qüvvədədir.