featured-image-42039

Azərbaycanın xizək alpinizmi üzrə milli komandası İspaniya Kubokunda iştirak edib.

Qış İdman Növləri Federasiyasından Msport.az-a verilən məlumata görə, idmançılar vertikal növündə öz güclərini sınayıblar.

Yarışda yığma üzvü Nəbiyulla Qalabağıyev 30-a yaxın iştirakçı arasında 4-cü yeri tutub.

Qeyd edək ki, Nəbiyulla Qalabağıyev daha əvvəl Fransanın Flaine bölgəsində təşkil edilən Avropa çempionatında eyni növdə 23-cü olub.

Bənzər xəbərlər