featured-image-20929

Polşanın “Poqon” klubunun qapıçısı Dante Stipika Türkiyə toplanışında “Qarabağ”la keçirilən yoxlama görüşü barədə açıqlama verib. Msport.az xəbər verir ki,  32 yaşlı xorvatiyalı qolkiper  4:2 hesabı ilə qalib gəldikləri oyunu yüksək səviyyədə keçirdiklərini deyib:

“Fəxr edirəm ki, “Qarabağ”la matçda komandamızın bir parçası oldum və qələbəyə töhfə verdim. Ümumilikdə çox uğurlu 10 günlük toplanış keçirdik. Hər üç yoxlama görüşünü yüksək səviyyədə başa vurduq. Düzdür, bunlar yalnız yoxlama matçları idi. Ancaq yenə də güclü rəqiblərə, ölkələrində dəfələrlə çempion olan komandalara qalib gəldik. İstənilən rəqibin öhdəsindən gələ biləcəyimizi göstərdik”.

Qeyd edək ki, Antalya toplanışını başa vuran “Qarabağ” yoxlama görüşlərində Polşa təmsilçiləri “Rakuv” (0:3) və “Poqon”a (2:4) məğlub olub, Serbiya klubu “Çukariçki” üzərində minimalhesablı (1:0) qələbə qazanıb.

Bənzər xəbərlər