featured-image-42743

İtaliyanın “Napoli” klubu futbolçusu Matteo Politano ilə müqaviləsinin müddətini uzadıb.

Msport.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı vingerin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Politano 2021-ci ildən “Napoli”də çıxış edir. O, ötən mövsüm komanda ilə A Seriyasının qalibi olub.

Bənzər xəbərlər