İtaliya futbolunda mərc qalmaqalı – Şübhəlilər arasında “Qalatasaray”lı da var
İtaliya A Seriyasının çıxış etmiş və hazırda oynayan ondan çox futbolçunun qeyri-qanuni mərc oyunları ilə bağlı qalmaqala qarışıb.
Msport.az xəbər verir ki, onların arasında “Nyukasl”dan Sandro Tonali və “Aston Villa”dan Nikolo Zaniolo da var. İtaliya millisinin düşərgəsində olan hər iki oyunçu dünən axşam mərc oyunlarında iştirakda şübhəli bilinərək polis tərəfindən dindirilib. İddiaya görə, futbolçular komandadan kənarlaşdırılıblar. Onların əvəzinə yığmaya Samuele Ricci və Stefan El-Şaaravi çağırılıb.
İddialar təsdiqini tapsa, onları üç ilə qədər həbs cəzası gözləyir. Zaniolo hazırda müqavilə ilə “Qalatasaray”a məxsusdur.
Daha əvvəl “Yuventus” və İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Fagioli qanunsuz mərc oynamaqda şübhəli bilinib. 22 yaşlı futbolçu sonradan özü də bunu etiraf edib.
İtaliyada idmançılara və idman rəsmilərinə təmsil etdikləri intizam üzrə mərc etmək qadağandır.