featured-image-19957

“Roma”nın əfsanəsi Françesko Totti “çirkli pullar”ın yuyulmasında ittiham olunur.

Msport.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, İtaliya yığmasının sabiq futbolçusunun adı şübhəli əməliyyatlarda hallanır.

“Çirkli pulların yuyulması”na qarşı şöbənin əməkdaşları Totinin bank hesablarını yoxlayacaqlar. Bundan başqa, onun bukmeker kontorlarına investisiya məsələsi də araşdırılacaq.

Veteran futbolçu 2022-ci ilin avqustunda pensiyaçı qadına 80 min avro faizsiz borc verib. Deyilənə görə, həmin qadın Tottiyə yaxın olan adamın qayınanasıdır. Həmin gün məbləğ digər Françesko adlı şəxsin hesabına köçürülüb.

Araşdırmalar nəticəsində məlum olub ki, köçürmələrin bəziləri onlayn-bukmeker saytlarına nəzarət edən şirkətlər vasitəsi ilə edilib.

2020-ci ilin iyununda Tottinin iki bank hesabından Monako, London və Las Veqasdakı kazinolara şübhəli əməliyyatlar olub.

 

Bənzər xəbərlər