İtaliya klubunda yeni baş məşqçi - RƏSMİ
İtaliyanın “Piza” klubunun yeni baş məşqçisi məlum olub. Msport.az xəbər verir ki, A seriyasında mübarizə aparan komandaya Oskar Xilemark rəhbərlik edəcək.
33 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin iyununa kimi nəzərdə tutulub.
İsveçli məşqçi 2024-2026-cı illərdə vətənində “Elfssborq” klubunu çalışdırıb.
Piza 23 turdan sonra 14 xalla turnir cədvəlində 19-cu yeri tutur.







