featured-image-31557

İtaliya yığması Millətlər Liqasının final mərhələsinə xüsusi formada çıxacaq. Msport.az xəbər verir ki, Roberto Mançinin komandası iyunun 15-də yarımfinalda İspaniya seçməsi ilə qarşılaşacaq.

Digər yarımfinal görüşündə Niderland və Xorvatiya yığmaları üz-üzə gələcəklər.

İtaliya Futbol Federasiyasının yaranmasının 125 illiyi ilə əlaqədar “Adidas” “Skuadra Adzurra” üçün özəl forma hazırlayıb. Bu geyim İtaliyanın 1910-cu ildə Fransaya qarşı oynadığı matçdakı formasına uyğun hazırlanıb.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası 26 mart 1898-ci ildə yaranıb.

ANAR

media-rue3e76794c97

media-rue687f17facd

 

Bənzər xəbərlər