featured-image-83083

“Real”ın hücumçusu Endrik karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Milan” və “Roma” braziliyalı forvardın xidmətində maraqlıdır.

Hər iki klub 20 yaşlı futbolçunu yanvarda icarəyə götürmək istəyir. İspaniya klubu gənc oyunçunu icarəyə göndərməyə isti yanaşır.

Qeyd edək ki, “Real” Endriki 2024-cü ilin yayında “Palmeyras”dan 47,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində 1 rəsmi matçda 4 dəqiqə meydanda qalıb.

Bənzər xəbərlər