Markus Reşford niyə dönmür?
“Mançester Yunayted”in hücumçusu Markus Reşford zədəsini sağaltmaq üçün yeni müalicə proqramına başlayıb.
Msport.az xəbər verir ki, futbolçu artıq bir aydır meydana çıxmır.
Onu hələ dünya çempionatı zamanı aldığı bud zədəsi narahat edir. Vəziyyət daha da ağırlaşıb və ağrılar qasıq nahiyəsinə yayılıb.
Reşford ötən ay “Atletiko”ya 0:2 hesablı məğlubiyyətdən sonra heç bir oyunda iştirak etməyib. “Mançester Yunayted”də ümid edirlər ki, yeni müalicə proqramı onun noyabrın 22-də “Enfild” stadionunda “Liverpul”a qarşı keçiriləcək matça qədər sağalmaq şansını artıracaq.
Qeyd edək ki, cari mövsümdə hücumçu “Mançester Yunayted”in heyətində bütün turnirlər üzrə 8 matçda iştirak edib, lakin hələlik qol vurmağı bacarmayıb.







