Kadidən "Neftçi"yə: "Nuş olsun"
“Qarabağ”ın futbolçusu Kadi Borges Premyer Liqanın XVI turunda “Neftçi”ni darmadağın etdikləri oyundan sonra rəqibi ələ salıb.
Msport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi final fitindən sonra “ağ-qaralar”ın bostanına daş atıb.
26 yaşlı oyunçu Azərbaycan dilində “Necəsən ə? Nuş olsun!” deyib.
Qeyd edək ki, görüş Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.