featured-image-20145

Kadi Borgesin transferindən əldə olunan 4,8 milyon avronun hamısı “Qarabağ”a çatmayacaq.

Msport.az xəbər verir ki, məbləğin 5 faizə yaxını onu 2019-cu ilədək (12-23 yaş dövrü) yetişdirmiş “Koritiba” klubuna ödəniləcək. Bu da təxminən 200 min avro deməkdir.

Rusiyanın “Krasnodar” klubuna keçən Kadi Borges yeni klubunda 2 milyon avro maaş qazanacaq.

O, “Qarabağ” formasıyla bu mövsüm 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Kadi Ağdam təmsilçisində ümumilikdə 74 oyunda iştirak edib. 28 qol vuran braziliyalı yarımmüdafiəçi elə 28 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Bənzər xəbərlər