featured-image-28829

“Turan Tovuz”un qapıçısı Kamal Bayramovun cəzası azaldılıb.

Msport.az xəbər verir ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin 38 yaşlı futbolçu barəsində qəbul etdiyi 3 oyunluq diskvalifikasiya qərarında dəyişiklik edib.

Sanksiyasının icra edilməyən 2 oyun kənarlaşdırılmaya dair hissəsinin icrası 1 oyunluq dayandırılıb və buna görə 6 ay sınaq müddəti təyin olunub.

Sınaq dövründə Bayramov qayda pozuntularına yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Bənzər xəbərlər