featured-image-20860

Höccət Haqverdinin “Neftçi”yə transferində milli komandamızın baş məşqçisi Canni de Byazinin də rolu olub.

Msport.az xəbər verir ki, paytaxt klubunun prezidenti Kamran Quliyev italiyalı mütəxəssislə əlaqə saxlayaraq yığmamızın üzvü haqqında məlumatlar öyrənib.

De Byazi “Azerisport.com”a açıqlamasında “ağ-qaralar”ın rəhbərliyinə futbolçu barədə müsbət rəy verdiyini deyib. Quliyev icarə əsasında Təbrizin “Traktor” klubunda çıxış edən müdafiəçi haqqında fikirlərini bölüşüb. O, Höccətin “Neftçi” 3 və ya 4 müdafiəçi ilə oynayanda hansı mövqedə xeyirli olacağını məsləhət verib.

Xatırladaq ki, “ağ-qaralar” 29 yaşlı oyunçu ilə 2024-cü ilin iyununa kimi müqavilə bağlayıblar. “Neftçi” onun transferinə görə “Sumqayıt”a müəyyən məbləğ ödəyib.

Bənzər xəbərlər