Kamran Quliyev Rövnəq Abdullayevə nə bağışladı?
Bu gün AFFA-nın təsis olunmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Dalğa Arena”da yoldaşlıq oyunu keçirilib.
Msport.az xəbər verir ki, AFFA-nın, PFL əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Premyer Liqada çıxış edən klubların əməkdaşlarından və məşqçilərindən təşkil olunmuş komanda üz-üzə gəlib.
“Neftçi”nin prezidenti Kamran Quliyev, baş məşqçi Laurentisu Regekampf və kapitan Emin Mahmudov AFFA-nın rəhbəri Rövnəq Abdullayevlə görüşərək ona arxasında AFFA-30 yazılmış forma hədiyyə ediblər.