featured-image-34995

“Sumqayıt”ın yarımmüdafiəçisi Kamran Quliyevin Msport.az saytına müsahibəsi

– Premyer Liqanın ilk turunda səfərdə “Səbail”ə 4:1 hesabı ilə qalib gəlməklə mövsümə əla başladınız. Bu cür start gözləyirdinizmi?
– Meydana qələbə üçün çıxmışdıq. Çempionatın ilk turları hər zaman gərgin ve qələbə qazanmaq baxımından önəmli olur. Şükürlər olsun ki, ilk oyunumuzda 3 xalı qazanan tərəf biz olduq.

– Qələbəni necə şərh edərdiniz? Sizcə, rəqibi hansı komponentlərdə üstələdiniz?
– Oyuna yaxşı başladıq, hücumlarımız daha çox idi. Topa sahib olmada da üstün idik. Bunun nəticəsi kimi hesabda önə çıxdıq. İkinci hissəyə bir o qədər yaxşı başlamasaq da, əlimizə düşən fürsətləri dəyərləndirib qələbə qazandıq.

– Artıq bəziləri “Sumqayıt”ın bu mövsüm iddialı olacağını və yüksək yerlər uğrunda mübarizə aparacağını iddia edir. Bu fikirlərlə razısız, yoxsa hələ tezdir?
– Bacardığımız qədər yüksək pillələr üçün oynayacağıq.

– Oyunu bir qol və bir məhsuldar ötürmə ilə tamaladız. Xüsusilə vurduğunuz qol kifayət qədər baxımlı alındı. Bu barədə nə deyə bilərsiniz?
– Qol vurmağı çox istəyirdim və buna inanırdım, Hətta söz verdiyim insanlar da idi. Şükürlər olsun ki, fərqlənməklə yanaşı, məhsuldar ötürmə də etdim. Amma ən önəmlisi odur ki, qələbə qazandıq.

– Sabiq komandanız “Sabah” Konfrans Liqasında “Partizan”la qarşılaşacaq. Növbəti mərhələ şanslarını necə qiymətləndirirsiniz?
– Bu barədə heç nə demək istəmirəm. Sadəcə, uğurlar arzu edirəm.

Bənzər xəbərlər