featured-image-33055

Yeni mövsümə hazırlaşan “Sumqayıt” daha bir futbolçunun transferini həll edib. Msport.az klubun rəsmi sytına iatinadən xəbər verir ki,  “gənclik şəhəri” təmsilçisi son mövsümü icarə əsaında “Şamaxı”da keçirmiş Kamran Quliyevlə 3 illik müqavilə imzalayıb.

 

“Qəbələ” akademiyasının yetirməsi olan hücumçu karyerası ərzində Litvanın “Yonava”, “Sabah” və “Şamaxı” klublarının uğurları üçün çalışıb.

Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı futbolçu hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da çıxış edib.

Bənzər xəbərlər