featured-image-52698

Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən Nqolo Kante karyerasını İspaniyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

“Barselona” 33 yaşlı yarımmüdafiəç ilə maraqlanır.

Fransalı oyunçunun maliyyə tələbləri çox olmasa, onunla müqavilə bağlana bilər.

Qeyd edək ki, Kante ötən mövsüm klub səviyyəsində meydana çıxdığı 44 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.

Bənzər xəbərlər