"Karyera baxımından ağır mövsüm keçirdim" - Mahir Emreli
“Karyera baxımından ağır mövsüm keçirdim”.
Msport.az xəbər verir ki, bunu millimizin hücumçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.
26 yaşlı futbolçu meydana qələbə üçün çıxacaqlarını bildirib: “Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”. (report.az)
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq