featured-image-27536

“Sabah”ın baş məşqçisi Murad Musayev Aleksey Kaşukun komandada saxlamağın çətin olacağını deyib.
Msport.az xəbər verir ki, CBC Sport-da “Bizim Futbol”un qonağı olan rusiyalı mütəxəssis avrokuboklar üçün heyətin gücləndirilməsinin vacibliyini vurğulayıb:

“Bilirsiz ki, Kaşuk”Şaxtyor”a məxsussdur. Onu komandada saxlamaq çətin məsələ olacaq. Amma rəhbərlik “Şaxtyor”la daim əlaqə saxlayır. Hələ ki, konkret qərar qəbul olunmayıb. Məsələni çətinləşdirən daha bir məsələ odur ki, Kaşuk yayda milli ilə Avropa çempionatına gecəcək. Bu turnir də yayda olacaq. Ona görə də avrokuboklara hazır olmaya bilər”.

Murad Musayev komandanın transfer siyasəti haqda da məlumat verib. O, hər mövqeyə yeni oyunçu cəlb etmək istədiklərini bildirib:

“Hər xəttə bir futbolçu istəyirik. Komandaya həmişə yeni qan lazımdır. Artıq yeni futbolçular izləyirik. Komandanı daha da güclü etməyə çalışırıq. “Qarabağ” nümunəsindən istifadə edə bilərik. Onların iki heyəti var. Biz də belə etmək istəyirik”.

Bənzər xəbərlər