Kavani “Valensiya” ilə anlaşdı
“Mançester Yunayted”dən ayrılan Edison Kavani “Valensiya” ilə müqavilə bağlayacaq. Msport.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabritsio Romano yayıb.
Uruqvaylı futbolçu İspaniya klubu ilə 2 illik müqaviləyə imza atacaq. 35 yaşlı hücumçu bu gün artıq Valensiyaya yollanacaq. Müqavilənin 24 saat ərzində açıqlanması gözlənilir.
2020-2022-ci illərdə “Mançester Yunayted”in formasını geyinmiş hücumçu 41 oyuna 12 qol vurub.
“Valensiya” 2 oyundan sonra 3 xal toplayıb və İspaniya La Liqasında 14-cü yeri tutur.







